Zaqatalada BMW  yandı - VİDEO
17 noyabr 2026 10:30 (UTC +04:00)

Zaqatalada BMW yandı - VİDEO

0

Zaqatalada BMW yanıb.

Lent.az xəbər verir ki, hadisə noyabrın 16-dan 17-ə keçən gecə Zaqatalanın Çökəkoba kəndində qeydə alınıb.

Kənd sakinin Azər Əliyevin yaşadığı evin  həyətyanı sahəsində tikilmiş yardımçı tikilidə yanğın baş verib. Yanğın nəticəsində yardımçı tikilinin dam örtüyünün taxta atmaları və tikilinin içərisində olan BMW markalı avtomobil yanıb.  

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğından ətraf ərazilər mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Vüqar Heydərov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1510

Oxşar yazılar