“Boşanıram” deyən arvadını döydü, uşaqlarını öldürməklə hədələdi - Bakıda DƏHŞƏT
18 noyabr 2026 12:37 (UTC +04:00)

“Boşanıram” deyən arvadını döydü, uşaqlarını öldürməklə hədələdi - Bakıda DƏHŞƏT

0

Bakıda kişi ondan boşanmaq istəyən arvadını döyüb.

Lent.az xəbər verir ki, hadisə Xətai rayonu, NZS qəsəbəsində baş verib.

41 yaşlı Tural Musayev (ad və soyad şərtidir) aralarında yaranmış mübahisədən sonra ondan boşanmaq istəyən arvadı Güllüyə xəsarət yetirib. 

Faktla bağlı cinayət işi başlanıb.

İki uşaq atası olan Tural ifadəsində bildirib ki, Güllü ilə bir müddət mehriban yaşadıqdan sonra aralarında münasibətlər pisləşib. Bundan sonra Güllü ondan ayrılmaq istədiyini bildirib. Bu zaman Tural daha da əsəbiləşərək onun başına və bədəninin müxtəlif yerlərinə əllə xəsarət yetirib.

Zərərçəkmiş ifadəsində bildirib ki, əri hər gün spirtli içki qəbul edərək evə gəlib onu döyüb. Lakin o, ailəsinin dağılmaması üçün heç vaxt şikayət etməyib. Sonuncu dəfə Güllü Turaldan ayrılmaq istədiyini deyəndə isə onu uşaqlarını öldürəcəyi ilə hədələyib və döyüb.

Bundan sonra Güllü uşaqlarını da götürərək küçəyə çıxıb, və DİN-in 102 xidmətinə zəng edərək şikayətini bilirib. O, Turalla barışmadığını, ondan şikayətçi olduğunu söyləyir.

Məhkəmənin qərarı ilə T.Musayev 1000 manat cərimə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 100

Oxşar yazılar