Səkkizqat "Qızıl top" mükafatçısı Lionel Messi maliyyə qalmaqalları fonunda Argentina Futbol Assosiasiyasından (AFA) onun adının kommersiya məqsədləri üçün istifadəsini dayandırmasını tələb etmək istəyir.
Lent.az xarici mediaya istinadən bildirir ki, mənbənin məlumatına görə, Messinin hüquq komandası rəsmi sənəd hazırlamaq üçün mütəxəssisləri cəlb edib.
Qeyd edək ki, Messi bir müddət əvvəl Argentina millisində karyerasını başa vurduğunu elan edib.
39 yaşlı Messi 2023-cü ildən Şimali Amerika Böyük Liqasının (MLS) “İnter Mayami” komandasında çıxış edir. Avropada argentinalı futbolçu PSJ və “Barselona” komandalarında oynayıb, onlarla birlikdə dörd dəfə Çempionlar Liqasını, üç dəfə UEFA Super Kubokunu və üç dəfə FIFA Klublararası Dünya Kubokunu qazanıb. Hücumçu Dünya çempionatının çempionu (2022), iki dəfə Dünya çempionatının ikincisi (2014, 2026), Olimpiya çempionu (2008) və iki dəfə Copa America qalibidir (2021, 2024). Messi ən çox "Qızıl top" mükafatına sahib olan futbolçudur.
Messi Argentina millisində 208 oyun keçirib və 126 qol vurub. O, millidə hər iki göstəriciyə görə rekordçudur. Hücumçu altı Dünya çempionatında iştirak edib.