Dizayner süni intellekti çaşdıran xüsusi köynək hazırladı - FOTO
19 noyabr 2026 05:01 (UTC +04:00)

Dizayner süni intellekti çaşdıran xüsusi köynək hazırladı - FOTO

0

Almaniyalı dizayner Simon Vekkert süni intellektlə işləyən müşahidə kameralarının insanları tanımasını çətinləşdirən xüsusi naxışlı köynək hazırlayıb.

Lent.az xəbər verir ki, “Digital Camouflage” (Rəqəmsal kamuflyaj) adlanan köynək insan gözünə adi görünsə də, kameraların insan siluetini, bədən nisbətlərini və ətrafların mövqeyini düzgün müəyyənləşdirməsinə mane olur.

Maraqlıdır ki, dizayner köynəyin naxışlarını hazırlayarkən süni intellekt texnologiyasından özü də istifadə edib. Müxtəlif naxışlar kameralar üzərində sınaqdan keçirilib və sistemlərin insanı tanımaq qabiliyyəti zəifləyənədək təkmilləşdirilib.

Layihə süni intellektə əsaslanan müşahidə sistemlərinin zəif tərəflərini üzə çıxarmaqla yanaşı, rəqəmsal nəzarətdən qorunma imkanları ilə bağlı müzakirələrə də səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 128

Oxşar yazılar