Azərbaycan ilə Vyetnam arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub.
Lent.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində bildirib.
Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan ərazi bütövlüyü, ölkəmizin suverenliyi və onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı məsələsində göstərilən dəstəyə, həmçinin 44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi möhkəm və ədalətli mövqeyinə görə Vyetnama dərindən minnətdardır”.