Alimlər B12 vitamini ilə  işləyən batareya hazırladılar
20 noyabr 2026 01:54 (UTC +04:00)

Alimlər B12 vitamini ilə işləyən batareya hazırladılar

0

 

İspaniyalı alimlər B12 vitaminindən istifadə etməklə yenidən enerji doldurula bilən batareyanın eksperimental nümunəsini hazırlayıblar.

Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” Kordoba Universitetinin araşdırmasına istinadən məlumat yayıb.

Tədqiqatçılar sink və havadakı oksigen vasitəsilə elektrik enerjisi yaradan batareyada B12 vitaminindən kimyəvi reaksiyaları sürətləndirən katalizator kimi istifadə ediblər.

Alimlər vitamin molekullarını xüsusi karbon nanoborularına birləşdirərək batareyanın fəaliyyətini təmin ediblər. Prototip 250-yə qədər enerji doldurma və boşalma dövrünə tab gətirib.

Tədqiqatçılar bu yanaşmanın gələcəkdə bəzi ənənəvi batareyalara daha ekoloji alternativlərin hazırlanmasına kömək edə biləcəyini düşünürlər. Lakin texnologiya hələ laboratoriya mərhələsindədir və kommersiya məhsulu deyil.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 106

Oxşar yazılar