Tanınmış aktyor bütün əmlakını övladlarına verdi: “İndi mülküm yoxdur”
20 noyabr 2026 01:18 (UTC +04:00)

Tanınmış aktyor bütün əmlakını övladlarına verdi: “İndi mülküm yoxdur”

0

 

Türkiyəli tanınmış aktyor Tarık Papuççuoğlu bütün əmlakını övladlarına verdiyini açıqlayıb. Sənətçi hazırda Bodrumda bir şirkətin qonaq evində yaşadığını bildirib.

Lent.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

“Hayat Bilgisi” serialındakı Amil bəy obrazı ilə tanınan aktyor “Öykü Cengiz ile O An'ın Öyküsü” proqramında şəxsi həyatından danışıb. O, övladlarının onu qocalar evinə yerləşdirməsi barədə yayılan iddiaları təkzib edib.

Papuççuoğlunun sözlərinə görə, Bodrumda yaşamaq tamamilə öz seçimidir. Aktyor çalışdığı şirkətin qonaq evində qaldığını, vaxtilə sahib olduğu daşınmaz əmlakı isə uşaqları arasında bölüşdürdüyünü bildirib.

Sənətçi 29 illik evliliyinin başa çatmasının səbəblərinə də toxunub. O, başqa qadına aşiq olduğu üçün həyat yoldaşından ayrıldığını, həmin münasibətin səkkiz il davam etdiyini söyləyib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 118

Oxşar yazılar