Tanınmış idmançı və həyat yoldaşı “İlin cütlüyü”  seçildi
20 noyabr 2026 08:12 (UTC +04:00)

Tanınmış idmançı və həyat yoldaşı “İlin cütlüyü” seçildi

0

 

Rusiyalı fiqurlu konkisürmə ulduzu Yevgeniya Medvedeva və həyat yoldaşı, rəqqas İldar Qaynutdinov “İlin cütlüyü” nominasiyasında qalib olublar.

Lent.az xəbər verir ki, bu barədə “StarHit” məlumat yayıb.

Cütlük Moskvada keçirilən “OK! Awards – Bolşe çem zvyozdı” mükafatlandırma mərasimində təltif edilib. Həmin nominasiyada Klava Koka və Dima Maslennikov, İda Qaliç və Oleq Ledviç, eləcə də digər tanınmış cütlüklər də iştirak ediblər.

Medvedeva və Qaynutdinov avqust ayında toy mərasimi keçiriblər. Cütlüyün rəsmi nikahının isə daha əvvəl qeydə alındığı bildirilir.

Mükafatlandırma gecəsində Maksim Matveyev də xüsusi mükafata layiq görülüb. Musiqi proqramında isə EMIN çıxış edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 126

Oxşar yazılar