Qubada 60 yaşlı qadını  vurub öldürən   sürücü hadisə yerindən  qaçdı
24 noyabr 2026 19:25 (UTC +04:00)

Qubada 60 yaşlı qadını vurub öldürən sürücü hadisə yerindən qaçdı

0

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Barlı kəndi ərazisindən keçən yolda qeydə alınıb.

Xaçmaz rayon sakini, 60 yaşlı Rəna Orucova yolu keçmək istəyərkən avtomobil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın hadisə yerində ölüb.

Sürücü hadisə yerindən uzaqlaşıb. Onun şəxsiyyəti və avtomobilin markası hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 134

Oxşar yazılar