Müğənni Cavanşir Məmmədov yenə estetik əməliyyat keçirməsi ilə gündəmə gəlib.
Lent.az xəbər verir ki, o, gözaltı torbalarını əməliyyatla götüzdürdükdən sonra bu dəfə buxağına görə bıçaq altına "uzanıb". İfaçı ilk dəfə olaraq əməliyatı narkozsuz keçirdiyini deyib:
"Bundan əvvəl gözaltı torbalarıma görə əməliyyata girdim. Dedim narkozsuz olsun. Gözümün birini əməliyyat edəndə baxırdım. Buxağım da bir az sallanırdı. Onu da etdirdim. Axşam saat 8-də gəldim evə. Xaricdə kişi saçına rəng qoyanda məgər pis iş görür? Rəng qoyur, yaxşı edir. Pis iş görmək ayrı şeydir. Cavanşir indinin Cavanşiri deyil ki. Bu kosmetoloji mərkəzlər nəyə görə var?".
Ətraflı videoda: