İmişli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 m² olan marketin yanar konstruksiyaları 255 m² sahədə və içərisində olan ərzaq malları yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, marketin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 06:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.