YAP İdarə Heyətinin iclası keçirilib
23 yanvar 2014 21:22 (UTC +04:00)

YAP İdarə Heyətinin iclası keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyadan APA-ya verilən məlumata görə, iclasda YAP İdarə Heyətinin 2013-cü ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Qadınlar Şurası və Gənclər Birliyinin tərkibi haqqında 2013-cü ilə dair illik statistik hesabat, partiyanın 2013-cü il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2014-cü ilin birinci yarımilliyinə dair iş planı müzakirə edilmişdir.


Baş nazirin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov bildirib ki, hesabat dövrü ərzində YAP sıralarına 31 600 nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiya üzvlərinin sayı 620 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edir. 


İdarə Heyətinin iclasında YAP-ın ötən ilə dair maliyyə hesabatı dinlənilib. Bildirilib ki, 2013-cü ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 7 016 790 manat olub. Bunun 5 720 849 manatını üzvlük haqlarından, 29 306 manatını partiya vəsiqələrinin haqlarının ödənilməsindən, 121 510 manatını depozitdən əldə olunan daxilolmalar, 1 145 125 manatını büdcədən ayrılan vəsait təşkil edib. Partiya üzvlük haqlarının 80%-dən çoxu YAP rayon və şəhər təşkilatlarının hesabında qalmış və onların maliyyə xərclərinin ödənilməsinə sərf edilib.

 

YAP-ın hesabına daxil olan maliyyə vəsaitinin 3 046 769 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 1 554 712 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərinin, o cümlədən partiya qurultayının, iki beynəlxalq konfransın, gənclər üçün təşkil edilən yay və qış məktəblərinin və digər tədbirlərin maliyyələşməsinə, 254 510 manatı ezamiyyə xərclərinə, 319 699 manatı invertarların alınmasına, 117 495 manatı təmir işlərinə, 93 307 manatı çap işlərinə, 382 152 manatı kommunal və təsərrüfat xərclərinə, 53 919 manatı dəftərxana xərclərinə, 45 023 manatı xeyriyyə tədbirlərinə, 57 614 manatı əlavə dəyər vergisinə, 33 694 manatı həmkarlar təşkilatına, 150 550 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 54 190 manatı bank xidmətinə, 85 016 manatı isə sair xərclərə sərf edilib. Beləliklə, YAP-ın cəmi xərcləri 6 248 650 manat təşkil edib. Hesabat ilinin sonuna toplanan vəsaitin 768 140 manatı partiyanın və yerli təşkilatlarının hesabında qalıb.

 

İdarə Heyətinin iclasının gündəliyində duran məsələlər geniş müzakirə olunduqdan sonra, YAP İdarə Heyətinin 2013-cü ilə dair hesabatı, illik statistik hesabat, partiyanın maliyyə hesabatı və İdarə Heyətinin 2014-cü ilin birinci yarımilliyinə dair planı qəbul olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538
avatar

Oxşar yazılar