Rusiya Dövlət Dumasının üzvü: “Müharibə olmayacaq”
03 fevral 2014 12:14 (UTC +04:00)

Rusiya Dövlət Dumasının üzvü: “Müharibə olmayacaq”

“Bir çox ölkənin mövqeyi ondan ibarətdir ki, Ermənistanla əlaqələrin inkişaf etdirilməsi zamanı Azərbaycanın mövqeyi də nəzərə alınmalıdır.


 

Bu ölkələrin heç biri Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi tanımır. Bildiyiniz kimi, Ermənistan da Dağlıq Qarabağı öz ərazi kimi qəbul etmir. Buna görə heç bir şübhə yoxdur ki, Dağlıq Qarabağ ərazisi Gömrük İttifaqına daxil olmayacaq”. Bu sözləri APA-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyanın sessiyasında iştirak edən Rusiya Dövlət Dumasının üzvü, politoloq Sergey Markov deyib. Son günlər Azərbaycan və Ermənistan qoşunların təmas xəttində yaranan gərginliyini şərh edən S. Markov bildirib ki, bu atışmalar heç bir nəticə verməyəcək: “Bir qədər konsolidasiya, hərbi ritorikanın artması müşahidə olunacaq. Lakin müharibə olmayacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1103
avatar

Oxşar yazılar