Qəbiristanlıqda mahnı oxuyan Türkiyənin məşhur ifaçısı Zerrin Özer sosial şəbəkədə gündəm olub.
Lent.az Türkiyə mediasına istinadən bildirir ki, bir müddət əvvəl sənətdən ayrıldığını açıqlayan, lakin buna dözə bilməyib və yenidən sənət həyatına davam etmək qərarına gələn Zerrin Özer qəbiristanlıqda oxuduğu anları paylaşıb.
Özerin “Sənə gəldim” adlı “Kərbəla ağısı”nı oxuduğu məlum olur. Özerin görüntüləri sosial medianı iki yerə bölüb. Bir hissə onu dəstəkləsə də, digərləri qəbiristanlıqda mahnı oxumağı düzgün qarşılamayıb.