Müğənni Türkan Vəlizadə başına gələn müəmmalı hadisədən söhbət açıb.
Lent.az xəbər verir ki, o, maşınını cızan şəxslərdən danışıb. Müğənni deyib ki, təzə maşını cızılandan sonra daha bir maşın alıb:
"Maşın almışdım, qəsdən cızmışdılar. İki-üç gün bundan əvvəl yeni maşın aldım. Bilmirəm niyə belə bir şey edirlər. Allah köməkləri olsun. Cızırlar, təzəsini alıram. Yenə cızırlar, yenə təzəsini alıram. Maşın dəyişməyi sevirəm".