Türkiyənin tanınmış aktrisası, yazar Pakize Suda vəfat edib.
Lent.az xəbər verir ki, bir müddətdir xəstə olan 70 yaşlı aktrisa beyninə qan sızması nəticəsində ölüb. O, ömrünün sonlarına yaxın heç kimi tanımır və yaddaşında problemlər yaşayırdı.
Qeyd edək ki, Pakize Suda 7 yaşında "Ege gözəli" seçilib. O, "Hayat bilgisi", "Davetsiz misafir" və "Sevda çiçeği" kimi seriallarda rol alıb, televiziya proqramlarında aparıcılıq edib.