SƏNƏTÇİ: “13 yaşıma qədər ölülərin ayaqqabılarını  geyinmişəm”
23 dekabr 2022 14:59 (UTC +04:00)

SƏNƏTÇİ: “13 yaşıma qədər ölülərin ayaqqabılarını geyinmişəm”

Hər zaman ekranlarda gülərüzü ilə tanınan türkiyəli sənətçi Kobra Murad maraqlı açıqlamalar verib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi yoxsulluq içində keçən uşaqlığını danışıb:

“6 yaşımda məktəbə başlamışam. Çox istedadlı idim, amma ayaqqabılarım yox idi. 13 yaşıma qədər ölülərin ayaqqabılarını geyinmişəm. Saçımı keçəl kəsdirirdim ki, sonra təzədən bərbərə gedib pul verməyim. Bazarda çürümüş alma və portağalları evə gətirirdim”.

Sıfırdan həyata başladığını deyən Kobra ləqəbli sənətçi sonuncu dəfə “18 kilo qızılım var” açıqlaması ilə gündəmə gəlmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3102
avatar

Sevinc Fərid

Oxşar yazılar