Türkiyədə reytinqləri “partladan” serial “Camdaki kız”da daha aktrisa Nur Sürer olmayacaq.
Lent.az xəbər verir ki, onun serial heyətindən ayrılması sosial şəbəkələrdə izləyiciləri təəccübləndirib. Nur sonuncu dəfə dekabrın 29-da tamaşaçı qarşısına çıxacaq.
Sənətçiyə dostları sürpriz edərək onun üçün üstündə “nur üzlüm” yazısı olan tort kəsib. Daha sonra çəkdirdikləri fotolarla bu xəbəri doğrulayıblar.
Qeyd edək ki, Nur Sürer “Camdaki kız” serialında Nalan adlı qızın anası “Feride” obrazını canlandırıb.