Amerikalı model Keyt Apton 6 ildir yaşadığı evini məşhur aktyora sataraq tətilə gedib.
Lent.az xəbər verir ki, o, 2016-cı ildə 5 milyon dollara aldığı Beverli Hilzdəki evini aktyor Timoti Şalametə 11 milyona satıb. Sonra əri Castin Verlander ilə Karib adalarına yollanıb.
Onlar tətilin keyfini çıxarmaq üçün isti olan və dəniz qırağında bir məkan seçiblər.
Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurub.