İnsult keçirdiyi deyilən Nisə Qasımovanın SON VƏZİYYƏTİ
17 fevral 2023 14:00 (UTC +04:00)

İnsult keçirdiyi deyilən Nisə Qasımovanın SON VƏZİYYƏTİ

Bir müddət öncə haqqında insult keçirdiyi deyilən Xalq artisti Nisə Qasımovadan yeni xəbər var.

Nisə xanımın meneceri Lent.az-a açıqlamasında deyib ki, yayılan məlumatlar əsassızdır və müğənninin vəziyyəti yaxşıdır:

“Hələ də inananlar var ki, Nisə xanım insult keçirib? Mən xəbəri birinci kim yayıbsa, onunla danışdım. O, mənə bildirdi ki, sadəcə mənə deyiləni yazıram. Ancaq yayılan xəbərlər yalandır. Qətiyyən inanmayın. Hər şey yaxşıdır, qaydasındadır. Hətta axşam Nisə xanım yeni görüntülərini paylaşdı. Verilişə də qonaq çağırılıb, iştirak edəcək. Narahat olmayın. Hamınıza salamı var”.

Qeyd edək ki, Nisə Qasımovanın bir neçə həftə əvvəl insult keçirməsi, ağzının əyilməsi və danışığında problem yaranması barədə mətbuatda xəbərlər yayılmışdı.

Nisə Qasımovanın yeni görüntüləri

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13056
avatar

Nigar Namiq

Oxşar yazılar