Cavanşir Məmmədov
23 dekabr 2022 17:44 (UTC +04:00)

Cavanşir Məmmədov

Cavanşir Məmmədovun qızı ərini məhkəməyə verdi - SƏBƏB

Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova ərini məhkəməyə verib.

Lent.az xəbər verir ki, o, həyat yoldaşı Türkiyə vətəndaşı olan Mustafa Kamal İbili barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. M. K. İbili Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunur.

Məlumata görə, X. Məmmədovanın şikayətinə səbəb isə Mustafa Kamal İbilinin dələduzluqla bağlı fikirlər səsləndirməsidir. Belə ki, Türkiyə vətəndaşının iddiasına görə, X. Məmmədova ona qarşı dələduzluq edib.

Qeyd edək ki, Mustafa Kamal İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsilə cinayət işi başlanıb. Bu ilin oktyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində iş üzrə iclas keçirilib. O, Əməkdar artist Cavanşir Məmmədov və qızı Xatirəyə qarşı dələduzluqda ittiham olunur. İddiaya görə, M. K. İbili Əməkdar artistdən 13.000 manat və 126.500 dollar alaraq, geri qaytarmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5637
avatar

Mehman Nəbiyev

Oxşar yazılar