"Best model of Azerbaijan"da QALMAQAL:  Hamı tənqid edir - FOTO
05 dekabr 2022 18:42 (UTC +04:00)

"Best model of Azerbaijan"da QALMAQAL: Hamı tənqid edir - FOTO

Dünən "Baku Crystal Hall"da "Best Model of Azerbaijan 2022" yarışmasının qalibləri seçilib. 

Lent.az xəbər verir ki, sosial şəbəkələrdə Lina Uzun adlı modelin qalib olması xeyli müzakirələrə səbəb olub.

Onu da nəzərinizə çatdıraq ki, Linanın azərbaycanlı olmaması bir kənara, boyunun 1 metr 55 santimetr olması və Lina seçildiyi üçün haqsızlığa uğradıqlarını iddia edən iştirakçıların müsabiqəni boykot etməsi də diqqətdən yayınmayıb. 

Ötən illər ərzində bu cür halların baş verməsi tənqidlərə səbəb olur. Kimisi "deyəsən, daxili gözəlliyə əsasən, seçilirlər" və s. kimi şərhlər yazır, kimisi isə müsabiqənin şou xarakterli təşkil olunduğunu, lazımsız bir yarışma hesab etdiklərini dilə gətirirlər. 

Nəzərə alsaq ki, hər il model yarışmalarının qalibləri seçiləndən sonra müzakirələrin ardı-arası kəsilmir, buna hansı adı vermək olar? Yəni model yerişi belə yeriyə bilməyən, ölkəmizi xaricdə təmsil edə bilməyəcək və bir sıra müsabiqə kriteriyalarına cavab verməyən "gözəl"ləri kimlər seçir? Burada kimlərin əli var?  

Stilist Nigar İbrahimova bu barədə Lent.az-a açıqlama verib:

"Səhhətimlə bağlı müsabiqədə münsiflər heyətində iştirak edə bilmədim. Ancaq kimin hansı rəyi verəcəyini, seçimlərin ədalətli olub-olmayacağı barədə xəbərdar deyiləm. O işlər ilə təşkilatçı Elxan Paşayev məşğuldur. O, işin içini də bilir, gedişatı da. Amma nəyin nə qədər doğru və ya yanlış olması haqda xəbərdaram. Əlbəttə ki, modelin də model kimi qəbul olunmağı üçün müəyyən standartları var. Onu da bildirim ki, model estetik prosedurlar etdirib gözəlləşibsə, model kimi yeriyə bilmirsə, o da mənə qaranlıq qaldı”. 

Maraqlıdır, bəs Linanın təmsilində seçilən modellər həqiqətənmi Azərbaycanda keçirilən müsabiqənin qalibi olmağa layiqdirlər? Nigar xanım məsələyə belə aydınlıq gətirdi:

“Əlbəttə ki, hər il hansı model seçilirsə, seçilməyənlər və onların yaxınları bunu haqsızlıq kimi qəbul edirlər. Bu, təəccüblü hadisə deyil. Sosial şəbəkələrdə tənqidi tipli paylaşımlar edib deyirlər ki, müsabiqədəki yerləri 70 faiz pulla alırlar, pulla seçilirlər və s. Yer tutan bir model təbii ki, heç bir suala cavab verməyəcək. Amma yer tuta bilməyənlər aqressiv olur. İllərdir bu, belə olub və belə də olacaq. 

Etirazlar həmişə olub. Haqlıdırlar. Hər kəs istəyər ki, layiq olduğu yeri əldə etsin. Hətta münsiflər tərəfindən haqsızlığa uğradıqlarını düşünürlər. Bu da başa düşüləndir. Çünki münsiflər öz nəzərlərində tutduğu iştirakçını qalib edirlər. Bəzən layiq olmayanlar da düşünür ki, mən layiqəm. Özlərindəki müsabiqə kriteriyalarını və standartların olmasının vacibliyini görmürlər, yanlışlıqları düzəltmirlər. Ona görə də normal hal alıb bu gün üçün. Onu da unutmaq olmaz ki, çox vaxt haqq və ədalət yerini tutur”.

Xatırladaq ki, "Best Model of Azerbaijan 2022"-nin milli direktoru Elxan Paşayev mətbuata açıqlamasında deyib ki, şikayət və tənqidlər əsassızdır, yarışma zamanı hər şey müsabiqə şərtlərinə uyğun həyata keçirilib və Lina Uzunun boyu əslində, 1.69-dur. 

"Best Model of Azerbaijan 2022" qalibi Lina Uzun

"Best Model of Azerbaijan 2022" müsabiqəsində yaşanan qalmaqal

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7254
avatar

Nigar Namiq

Oxşar yazılar