Uzun müddətdir Rusiyada yaşayan tanınmış müğənni Sərxan Sərxan maraqlı açıqlama verib.
70 yaşlı müğənni Lent.az-a açıqlamasında cavan qalmağın sirlərini açıb:
"Əsas sirr səmimiyyətdədir. Yemək-içməyimə də fikir verirəm. Ancaq fiziki cəhətdən də, mənəvi cəhətdən də gərək təmiz olasan. İdmanla məşğul oluram. Nəfsimi nəzarət altında saxlayıram".
Qeyd edək ki, Sərxan Sərxan 2018-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adını alıb.