Kayseridə təqaüdçü çavuş İlhan Ş., boşanma prosesində olduğu arvadını tapa bilmədikdən sonra binanın gözətçisinin həyat yoldaşı Melek Gülü bıçaqlayaraq öldürüb. Hadisədən sonra qaçan İlhan Ş. tutulub və onun aylar əvvəl həyat yoldaşının qapısında olduğunu göstərən görüntülər də yayılıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, boşanma prosesində olduğu həyat yoldaşı Y.Ş.nin Kayseridə yaşadığı evə gedən təqaüdçü çavuş 51 yaşlı İlhan Ş. binada görüşdüyü və mübahisə etdiyi bina gözətçisinin həyat yoldaşı 36 yaşlı Melek Gülü öldürüb.
Hadisə səhər saat 10 radələrində Melikgazi rayonunun Köşk məhəlləsindəki Eser küçəsindəki 14 mərtəbəli binada baş verib. İddialara görə, təqaüdçü çavuş İlhan Ş. boşanmaq üzrə olduğu həyat yoldaşı Y.Ş.ni öldürmək niyyəti ilə onun evinə gedib. Y.Ş. qapını açmayıb. Psixoloji problemləri olduğu deyilən İlhan Ş. daha sonra binada binanın gözətçisinin həyat yoldaşı Melek Gül ilə qarşılaşıb.
İkisi arasında mübahisə davaya çevrilib. İlhan Ş. Melek Gülü bıçaqlayıb və qaçıb. Məlumatla əlaqədar hadisə yerinə tibb və polis qrupları göndərilib. İki uşaq anası olan Melek Gül xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb. İlhan Ş. tutulub və hadisə ilə bağlı istintaq başlayıb.