Tacikistan islamçıları Rusiya hərbi bazalarına qarşı
26 sentyabr 2013 03:29 (UTC +04:00)

Tacikistan islamçıları Rusiya hərbi bazalarına qarşı

Tacikistandakı islamçı sayılan «Camaat Ənsarullah» qruplaşması hökuməti və parlamenti Rusiya hərbi bazasının ölkə ərazisində qalması ilə bağlı müqaviləni təsdiqləməməyə çağırıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Rusiya prezidenti Vladimir Putinlə Tacikistan lideri İmaməli Rəhman arasında ötən ilin oktyabrında bu məsələ ilə bağlı müqavilə imzalanıb.

 

Qruplaşma müraciətini saytda yerləşdirib. Həmin müraciətdə Rusiya bazasının ölkədə ərazisində mövcudluğu «antiislam və milli təhlükəsizlik maraqlarına qarşı» kimi dəyərləndirilib.

 

Məlumata əsasən, cari il oktyabrın 1-də dövlət başçılarının imzaladığı müqavilənin təsdiqlənəcəyi planlaşdırılıb.

 

«Caamaat ənsaruhllah» Tacikistanda «ekstremist qruplaşma» kimi tanınaraq, fəaliyyəti ötən ildən yasaqlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 769
avatar

Oxşar yazılar