Rusiyanın «Su-25» qırıcı təyyarəsi Krasnodar diyarının şimal-şərqində Primorsk-Axtar hərbi hava limanından 49 km aralı idarəetməni itirərək, qəzaya uğrayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda ölkənin Müdafiə Nazirliyi açıqlama yayıb.
Məlumata əsasən, təyyarə təlim-məşq uduşu yerinə yetirirmiş.
Nazirlikdən bildirilib ki, heyət qırıcını yaşayış məntəqəsindən uzaqlaşdıraraq, katapultasiya olunub.
Təyyarənin düşdüyü yer müəyyənləşib. Xəsarət alan və dağıntı olmayıb.
«İnterfaks Yuq» isə bildirib ki, pilot hələ tapılmayıb.
Mənbənin məlumatına əsasən, 2010-cu ildə Zabaykal diyarında baş vermiş qəzadan sonra «Su-25»-lərin uçuşu dayandırılıb.