Rusiyanın Təhsil Nazirliyi uzun müzakirələrdən sonra tarix kitabını sonuncu prezident seçkisinədək olan dövrü əlavə etməklə genişləndirmək qərarına gəlib.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, tarix dərsliklərində Rusiya prezidenti Vladimir Putinin 2000 –ci ildən 2012-ci ilədək dövlətə başçılıq etdiyi dövr «Rusiya tarixi» kitabında bir bölüm kimi yer alacaq.
Kitabdakı bölümdə Putinin yürütdüyü hansı siyasətin yer alacağı maraqla izlənilir.
Mənbə bildirib ki, Çeçenistandakı savaş, yaxud Rusiyanın bir zamanlar ən zəngin insanlarından biri olmuş Mixail Xodorkovskinin tutulması kimi məsələlər kitabda yer almayacaq.
Məlumatlara əsasən, V.Putin bunun «vaxtından qabaq» olduğunu vurğulayaraq, məsələyə isti yanaşmayıb.
Mənbə xatırladıb ki, Rusiya prezidenti bu ilin fevralında tarixçilərdən müxalif düşüncədən uzaq bir tarixin yazılmasını istəmişdi.