Liviya müdafiə naziri Abdulla at-Taninin oğlu Məhəmməd əl-Tani oğurlanıb.
Lent.az-ın “Əl-İhbariya” telekanalına istinadən verdiyi məlumata görə, sentyabrın 24-də gecə Tripolinin Sirac rayonunda silahlılar Məhəmməd əl-Taninin avtomobilini saxlayıb.
Məhəmməd əl-Tani başqa bir avtomobilə əyləşdirilərək aparılıb. Liviyadakı silahlı qruplaşmalardan heç biri hələ ki, müdafiə nazirinin oğlunun oğurlanmasını öz üzərinə götürməyib. Liviya təhlükəsizlik qüvvələri hələ Məhəmməd əl-Taninin yerini müəyyənləşdir bilməyib. Araşdırma aparılır.