ABŞ - İran danışığı olub
27 sentyabr 2013 03:49 (UTC +04:00)

ABŞ - İran danışığı olub

İranın nüvə proqramı ilə bağlı  məsələ BMT-nin Nyu-Yorkdakı mənzil – qərargahında yüksək səviyyədə müzakirə edilib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ABŞ-ın dövlət katibi Con Kerri İranın xarici işlər naziri Məhəmmədcavad Zərifilə görüşü.

 

Danışıqlarda Almaniya, Britaniya, Fransa və Çinin diplomatları da iştirak edib. Tərəflər məsələyə dair danışıqların növbəti mərhələsinin oktyabrın 15-də Cenevrədə keçirilməsi ilə bağlı razılığa gəliblər.

 

Britaniyanın xarici işlər naziri Uilyam Heyk bildirib ki, danışıqlar çox yaxşı keçib.

 

Xatırladaq ki, İranın prezidenti Həsən Ruhani ölkəsinin nüvə problemi ilə bağlı 3-6 ay ərzində razılığın əldə edilməsinin vacibliyini söyləmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727
avatar

Oxşar yazılar