ABŞ Suriyada münaqişədən zərər çəkənlərə humanitar yardımın göstərilməsi üçün əlavə olaraq 340 mln. dollar vəsait ayırıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasının sessiyasındakı çıxışı zamanı deyib.
«Suriyaya humanitar yardım üçün ayrılmış bir milyard dollar vəsaitə biz 340 mln. dollar əlavə etdik»- deyə, Obama bildirib.
Bundan əlavə prezident Barak Obama vurğulayıb: «ABŞ Yaxın Şərq və Şimali Afrikada özünün əsas maraqlarını təmin etmək üçün hərbi bütün elementlərdən istifadə etməyə hazırdır»