Yanvarın 31-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının və Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirləri cənab Campaolo Kutillonu və xanım Haydrun Tempeli qəbul edib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşlər zamanı bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib, ölkələrimiz arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib. Həmçinin əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.