Zahid Oruc: “Milli Məclisin adı dəyişdirilsin”
03 fevral 2014 14:08 (UTC +04:00)

Zahid Oruc: “Milli Məclisin adı dəyişdirilsin”

 

Azərbaycan parlamentinin adının dəyişdirilməsi təklif edilir. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, bu təkliflə millət vəkili Zahid Oruc çıxış edib. O, Azərbaycan parlamentinin Millət Məclisi adlandırılmalı olduğunu deyib. 


"Azərbaycan parlamenti ötən əsrin 90-cı illərindən seçilmiş adla, elə Milli Məclis olaraq da adlandırılır". 

Deputat qeyd edib ki, milli sözü konkret bir milləti deyil, çoxluğu ifadə edir. Azərbaycan da çoxmillətli ölkədir. 

"Biz Milli Bankın adını dəyişdirib Mərkəzi Bank qoyduq. Mən hesab edirəm ki, Milli Məclisin adı dəyişdirilərək Millət Məclisi olmalıdır. Lakin bu heç də Türkiyə parlamenti – TBMM-lə eyniləşdirmək, simvolik addım atmaqdan irəli gəlmir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1564
avatar

Oxşar yazılar