XİN təmsilçisinin Paris görüşləri haqda açıqlaması
24 yanvar 2014 21:28 (UTC +04:00)

XİN təmsilçisinin Paris görüşləri haqda açıqlaması

Xarici işlər naziri Elmar Məmmədyarov 23 - 24 yanvar tarixlərində Parisdə, Kiyev görüşünün davamı olaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri  Edvard Nalbandyanla ayrı-ayrılıqda görüşlər keçirib.


 

Lent.az-ın  Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev mətbuata açıqlamasına istinadən məlumatına görə, o, bildirib ki, danışıqlar zamanı Ermənistan – Azərbaycan münaqişəsinin həlli ilə bağlı məzmunlu, konkret və intensiv müzakirələr aparılıb.

 

Azərbaycanın mövqeyini konkret şəkildə vurğulayan nazir Elmar Məmmədyarov bildirib ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən nə qədər tez çıxarılarsa, bir o qədər qısa müddət ərzində də münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaq olar.

 

Nazirlik təmsilçisi. deyib ki, bir sıra məzmunlu məsələlər üzrə həmsədrlərlə müzakirələrin davam etdirilməsi  barəsində razılıq əldə olunub: «Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqların əsasını təşkil edir».

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 511
avatar

Oxşar yazılar