Səməd Seyidov AŞPA iştirakçılarına müraciət edib
27 yanvar 2014 21:10 (UTC +04:00)

Səməd Seyidov AŞPA iştirakçılarına müraciət edib

Ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, bu təşkilatın vitse-prezidenti postuna yenidən seçilən Səməd Seyidov bu gün AŞPA-da başlayan qış sessiyasının iştirakçılarına müraciət edib.

APA-nın Strasburqa ezam olunmuş müxbiri xəbər verir ki, öz çıxışında  S.Seyidov bildirib ki, bu gün çoxları Azərbaycanı və onun yürütdüyü siyasəti tənqid edirlər: “Təbii ki, bu və ya digər məsələ ilə bağlı müxtəlif fikirlər ola bilər. Amma bu insanlara televiziyanı izləməyə və qəzetləri oxumağa tövsiyə edirəm. Azərbaycanda cəbhə xəttində uşaqlar və qocalar həlak olur. Niyə bu məsələ müzakirə olunmur?”.

 

S.Seyidov qeyd edib ki, son 10 il ərzində Azərbaycan öz iqtisadi gücünü xeyli artırıb, ölkədə təhsilin, mədəniyyətin səviyyəsi yüksəlib. O vurğulayıb ki, buna görə, bu gün Avropa Şurası Azərbaycanla əməkdaşlıq etməyə, dost olmağa can atır: “Bütün bunların hamısı Azərbaycan hakimiyyətin effektiv siyasətin nəticəsidir. Azərbaycanın AŞ-da üzvlüyü hər iki tərəf üçün faydalıdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507
avatar

Oxşar yazılar