Rusiya Dağlıq Qarabağın münaqişə zonasında vəziyyətin gərginləşməsindən narahatdır
30 yanvar 2014 23:18 (UTC +04:00)

Rusiya Dağlıq Qarabağın münaqişə zonasında vəziyyətin gərginləşməsindən narahatdır

Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatdır.

APA-nın məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi saytında dərc olunmuş bəyanatda deyilir.   

 

“Son günlər sərhəddə və təmas xəttində atəşkəs rejiminin pozulması hallarını artması nəticəsində hərbçilər arasında itkilər, dinc əhali arasında yaralıların olduğu barədə məlumat var. Hesab edirik ki, gərginliyin bundan sonra da artması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə mənfi təsir edəcək. Vyanada 19 yanvar 2013-cü il tarixində baş tutmuş Azərbaycan-Ermənistan sammitində əldə olunmuş razılaşmaların reallaşmasında ciddi çətinliklər yarana bilər”, deyə bəyanatda bildirilib.  

 

Rusiya XİN münaqişə tərəflərini 1995-ci il atəşkəs rejimin möhkəmlənməsinə dair razılaşma ilə nəzərdə tutulmuş mexanizmlərin də tətbiq olunması daxil olmaqla vəziyyətin sabitləşməsinə istiqamətlənmiş əlavə tədbirlər görməyə çağırıb.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 870
avatar

Oxşar yazılar