Prezident İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlaliyyət küçəsində ucaldılmış abidənin önündə mərasim təşkil olunacaq.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, həmin gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş təntənəli gecə də keçiriləcək.
Nazirlikdən əlavə ediblər ki, M.Ə.Rəsulzadənin məzarının ziyarəti və yubiley tədbirində iştirak məqsədilə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyətinin Türkiyəyə səfəri nəzərdə tutulub.