Prezident Fransanın xarici işlər naziri ilə görüşüb
24 yanvar 2014 22:27 (UTC +04:00)

Prezident Fransanın xarici işlər naziri ilə görüşüb

Prezident İlham Əliyev yanvarın 24-də Davosda Fransanın xarici işlər naziri Loran Fabius ilə görüşüb.


Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, Loran Fabius ölkəsinin prezidenti Fransua Ollandın salamlarını prezident İlham Əliyevə çatdırıb.

 

Görüşdə ölkəmizlə  Fransa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi bildirilib, qarşılıqlı sərmayələrin əhəmiyyətindən danışılıb. Qarşılıqlı səfərlərin ölkələr arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyi bildirilib.

 

Əlaqələrin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilən görüşdə mədəniyyət sahəsində yüksək səviyyədə əməkdaşlığın aparıldığı vurğulanıb.

 

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386
avatar

Oxşar yazılar