Prezident İlham Əliyevin yanvarın 23-də Davosda İranın höukmət başçısı Həsən Ruhani ilə görüşüb.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, görüşdə Azərbaycanla İran arasında ümumi tarixi-mədəni köklərin mövcudluğu xüsusi vurğulanaraq, ölkələrimizin və xalqlarımızın qonşuluq və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu bildirilib.
Ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, mədəniyyət və digər sahələrdə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin və regional əməkdaşlığın daha da gücləndirilməsi üçün hər iki tərəfin səylərinin artırılacağına əminlik ifadə edilib. Münasibətlərin gələcəkdə daha da genişləndirilməsi üçün konkret istiqamətlərin müəyyənləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.