Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə konfrans keçirilib
19 mart 2014 12:53 (UTC +04:00)

Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə konfrans keçirilib

Buxarestdə Heydər Əliyev Fondunun dəstəyi ilə “Cənubi Qafqazın geosiyasəti və enerji strategiyaları - Azərbaycan diqqət mərkəzində” mövzusunda konfrans keçirilib. Lent.az-ın məlumatına görə, konfransda Azərbaycan parlamentinin deputatları Azay Quliyev, Qənirə Paşayeva, Musa Quliyev, Rumıniya ziyalıları, yazıçılar, siyasi analitiklər, Buxarestdə fəaliyyət göstərən araşdırma institutlarının rəhbərləri, Rumıniya Prezidenti Administrasiyasının milli təhlükəsizlik departamentinin, İqtisadiyyat Nazirliyinin, Azərbaycan səfirliyinin əməkdaşları, Müdafiə İnstitutunun rəhbərliyi, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının üzvləri iştirak edib.

 

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev, millət vəkilləri Azay Quliyev, Qənirə Paşayeva  konfransda çıxış ediblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490
avatar

Oxşar yazılar