Fransa prezidenti Azərbaycana gələcək - YENİLƏNİB
28 yanvar 2014 12:44 (UTC +04:00)

Fransa prezidenti Azərbaycana gələcək - YENİLƏNİB

Fransa prezidenti bu ilin mayında Azərbaycana səfər etməyi planlaşdırır.


 

Bu barədə APA-ya məlumatlı mənbə bildirib.

 

Bu ilin martında isə bu ölkənin xarici işlər naziri Loran Fabiusun Azərbaycana səfəri nəzərdə tutulur.

 

Səfər çərçivəsində iki ölkənin prezidentləri və xarici işlər nazirləri Bakıda Azərbaycan-Fransa münasibətlərinin inkişaf perspektivlərini müzakirə edəcəklər.

 

Qeyd edək ki, Ermənistan mətbuatının yazdığına görə, F. Olland ötən ilin dekabr ayında Fransadakı Erməni Təşkilatları Koordinasiya Şurasının rəhbərləri ilə görüşündə 2014-cü ilin may ayında Ermənistana səfər edəcəyini söyləyib.

 

Azərbaycana səfərin də məhz həmin turne çərçivəsində baş tutacağı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1249
avatar

Oxşar yazılar