Elmar Məmmədyarov ATƏT-in baş katibi ilə görüşüb
01 fevral 2014 22:04 (UTC +04:00)

Elmar Məmmədyarov ATƏT-in baş katibi ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov fevralın 1-də Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ATƏT-in baş katibi Lamberto Zannier ilə görüşüb.


 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə ATƏT ilə ölkəmiz arasında əməkdaşlıq, qurumun Bakıda layihə əlaqələndirici ofisinin fəaliyyətinin təşkili məsələləri müzakirə edilib.

 

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verib.

 

Lamberto Zannier son günlər cəbhə xəttində atəşkəsin pozulmasından narahatlığını bildirib.

 

Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasının zəruriliyini vurğulayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 957
avatar

Oxşar yazılar