Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen təhlükəsizlik konfransında iştirak etmək üçün Almaniyaya yola düşüb.
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Münhen təhlükəsizlik konfransında iştirakı çərçivəsində nazir Elmar Məmmədyarovun bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
Qeyd edək ki, Münhen təhlükəsizlik konfransı 31 yanvar-2 fevral tarixlərində keçiriləcək.