Əli Əhmədov Ukraynada baş verənlərlə bağlı Azərbaycanın gözləntisini açıqlayıb
01 fevral 2014 13:08 (UTC +04:00)

Əli Əhmədov Ukraynada baş verənlərlə bağlı Azərbaycanın gözləntisini açıqlayıb

Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov Ukraynada baş verən proseslərə münasibət bildirib.

APA-nın verdiyi məlumata görə, Ə. Əhmədov Ukraynanın Azərbaycanın çoxsaylı dostlarından biri olduğunu söyləyib.

 

Baş nazirin müavini deyib ki, tezliklə Ukraynada əmin-amanlıq və sabitliyin bərpa olunmasını istəyir: “Əlbəttə, bu, Ukraynanın daxili işidir, Ukrayna xalqı özü üçün inkişaf yolunu seçmək hüququna malikdir. Biz bu hüquqa da hörmətlə yanaşırıq. Bizim dost olaraq gözləntimiz ondan ibarətdir ki, bütün narahatlıqlar, qeyri-sabitlik aradan qalxsın, Ukraynada sabitlik bərpa olunsun”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657
avatar

Oxşar yazılar