Ceyms Uorlik: “ABŞ  Dağlıq Qarabağda sülh olmasına çalışa bilər”
17 mart 2014 11:39 (UTC +04:00)

Ceyms Uorlik: “ABŞ Dağlıq Qarabağda sülh olmasına çalışa bilər”

“ABŞ Rusiyanın Ukrayna ilə bağlı siyasətini həzm edə bilməsə də, birgə fəaliyyət göstərə biləcəyimiz sahələr var. Məsələn, Dağlıq Qarabağda sülhün bərqərar olması”.


 

APA-nın məlumatına görə, bunu özünün “Twitter” səhifəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik yazıb.

 

“Ermənistan-Azərbaycan münaqişəsi məsələsində Ukraynadakı hadisələrdən hansı nəticələrin çıxarılmasının mümkünlüyünü nəzərdən keçirmək lazımdır”, - deyə o qeyd edib. 

 

Xatırladaq ki, martın 16-da Krımda muxtar respublikanın Rusiyaya birləşməsi ilə bağlı referendum keçirilib. G7 ölkələri, o cümlədən ABŞ referendumu qeyri-qanuni adlandıraraq onun nəticələrini tanımadığını bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370
avatar

Oxşar yazılar