BQXK cəbhədəki atışmalara münasibət bildirdi - YENİLƏNİB
24 yanvar 2014 16:22 (UTC +04:00)

BQXK cəbhədəki atışmalara münasibət bildirdi - YENİLƏNİB

0

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri son günlər cəbhə xəttində vəziyyətin gərginləşməsinə, atışmalara münasibət bildirib.


 

APA-nın verdiyi məlumata görə, nümayəndəliyin rəhbəri Deniz Duran bu gün keçirdiyi mətbuat konfransında bildirib son vaxtlar cəbhədə yaranmış gərginliyi yaxından izləyirlər.

 

O, insan tələfatının təəssüf doğurduğunu vurğulayıb: “İcmaların nümayəndələri və hakimiyyət orqanları ilə əlaqə saxlayırıq. Vəziyyət stabilləşəndən sonra həmin ərazilərə baş çəkmək fikrindəyik. Hazırda isə atışma baş verən zonalarda bizim nümayəndələrimiz yoxdur, təhlükəsizliklə bağlı belə anlarda orada nümayəndələrimiz olmur”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1495

Oxşar yazılar