Yanvarın 27-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İdarə Heyətində ilk olaraq qərarların icra vəziyyəti və ölkədəki ictimai-siyasi durum müzakirə olunub.
Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubleyinə hazırlıqla bağlı partiyanın əlaqədar qurumlarına tapşırıqlar verilib. Eyni zamanda, yanvarın 31-də Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı büstünün ziyarət olunması, BAXCP-nin mərkəzi qərargahında isə elmi-praktik konfransın keçirilməsi qərara alınıb.