Azərbaycan İspaniyaya nota verib - YENİLƏNİB
23 yanvar 2014 13:39 (UTC +04:00)

Azərbaycan İspaniyaya nota verib - YENİLƏNİB

Azərbaycanın İspaniyadakı səfirliyi Madriddə keçirilən turizm sərgisində Dağlıq Qarabağ stendinin nümayiş etdirilməsi ilə əlaqədar bu ölkə Xarici İşlər Nazirliyinə nota göndərib. Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. O bildirib ki, bu tip provokasiyalar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini pozur: “Azərbaycan tərəfi bu cür təxribatların qarşısını almaq üçün fəaliyyətini davam etdirəcək”.

 

Xatırladaq ki, Ermənistan mediası bu ölkənin Milli Rəqabətədavamlılıq Fondunun İspaniya paytaxtında keçirilən “Fitur” illik turizm sərgisində iştirak etdiyi haqda xəbər yayıb. Fond sərginin Ermənistan pavilyonunda Dağlıq Qarabağdakı separatçı rejiminin stendinin də təqdim olunacağını bildirib. Yanvarın 26-na qədər davam edəcək turizm sərgisinə 167 ölkəni təmsil edən 10 minə yaxın turizm şirkəti qatılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1629
avatar

Oxşar yazılar