Azərbaycan - İsveçrə parlamentləri arasında əlaqələr müzakirə olunub
29 yanvar 2014 04:54 (UTC +04:00)

Azərbaycan - İsveçrə parlamentləri arasında əlaqələr müzakirə olunub

Yanvarın 28-də Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı İsveçrə Parlamentinin yuxarı palatası sayılan Kantonlar Şurasının sədri Hannes German ilə görüşmüşüb.

Azərbaycanın İsveçrədəki səfirliyindənAPA-ya verilən xəbərə görə, görüşdə Azərbaycanla İsveçrə arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib, əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərin gücləndirilməsinin zəruriliyi vurğulanıb.

 

Səfir Ə.Zeynallı iki ölkə arasındakı münasibətlərin inkişafında parlamentlərin rolunu xüsusi qeyd edərək, bu çərçivədə hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyətini və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. İsveçrə Parlamentində cəmi 18 dostluq qrupunun fəaliyyət göstərdiyini bildirən səfir Ə.Zeynallı, bunlardan birinin İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun olmasını sevindirici hal kimi qiymətləndirib. 

 

Kantonlar Şurasının sədri Hannes German ölkəsinin Azərbaycanı dost və qardaş ölkə hesab etdiyini və münasibətlərin müxtəlif sahələrində inkişafında maraqlı olduğunu bildirib.

 

Görüşdə səfir Ə.Zeynallı Hannes Germanı İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupuna üzv olmağa dəvət edib və Kantonlar Şurasının sədri bu təklifi məmnuniyyətlə qəbul edib. 

 

Görüşdə həmçinin, Azərbaycanla İsveçrə arasında ikitərəfli iqtisadi və siyasi münasibətlərdən, o cümlədən hər iki ölkədə çalışan şirkətlərin fəaliyyətindən söz açılıb, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472
avatar

Oxşar yazılar