Astanada Xəzərlə bağlı iclas başlayır
28 yanvar 2014 10:02 (UTC +04:00)

Astanada Xəzərlə bağlı iclas başlayır

Yanvarın 28-30-da Qazaxıstanın Astana şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti 35-ci iclası keçiriləcək.


 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

 

Həmçinin səfər çərçivəsində Azərbaycan-Qazaxıstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi də nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537
avatar

Oxşar yazılar