AŞPA sədri: “…narahatam” - YENİLƏNİB
27 yanvar 2014 18:28 (UTC +04:00)

AŞPA sədri: “…narahatam” - YENİLƏNİB

“Bundan əvvəl altı ay ərzində Ermənistanın və mayda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə Dağlıq Qarabağ münaqişənin həlli üçün prioritetlərin müəyyən edilməsi üçün yaxşı fürsət yaranacağına ümid edirəm”.


 

APA-nın Strasburqa ezam olunmuş müxbirin verdiyi məlumata görə, bunu Avropa Şurasının Parlament Assambleyanın (AŞPA) sədri Jan Klod Minyon bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, Ermənistanın sədrlik etdiyi 2013-cü ildə Almaniya və Fransa arasında Yelisey sazişinin imzalanmasının 50-ci ildönümü qeyd olunub: “Bu saziş iki düşmən ölkəni bir araya gətirdi və sonradan Almaniya ilə Fransa iki dost, tərəfdaş ölkə oldu. Düşünürdüm ki, əgər Almaniya və Fransa bunu edə bilibsə, şübhəsiz ki, Azərbaycanla Ermənistan da bunu edə bilər. Əgər mən Avropa Şurasının baş katibi vəzifəsinə seçilsəm, təbii ki, Dağlıq Qarabağ münaqişənin həlli mənim əsas prioritetlərimdən biri olacaq”.

 

J.K.Minyon həmçinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son vaxtlar baş verən gərginlikdən narahat olduğunu da bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 695
avatar

Oxşar yazılar